Paşinyan Zəngəzur dəhlizindən danışdı:

"Kommunikasiyaların açılması üçün bir addım atılmalıdır, çünki bu, Azərbaycan üçün faydalıdır, çünki Azərbaycanın Naxçıvanla rabitə əlaqəsi olmalıdır. Ermənistan üçün faydalıdır, çünki etibarlı dəmir yolu rabitəmiz, dəmir yolu ilə quru əlaqəmiz olmalıdır".

Metbuat.az tert.am-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

"Regional kommunikasiyaların açılması həm Azərbaycan, həm də Ermənistan üçün faydalıdır. Kimsə bunun tək Azərbaycan üçün faydalı olduğunu deyirsə, yalan danışır", - deyə Paşinyan vurğulayıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR