Güləşçimiz erməni rəqibini məğlub etdi

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya Təsnifat turniri davam edir.

Metbuat.az xəbər verir ki, yunan-Roma güləşçimiz İslambek Dadov təsnifat mərhələsində rumıniyalı rəqibinə vaxtından əvvəl qalib gəlib.

Yığma üzvü daha sonra Polşanı təmsil edən erməni güləşçi Gevorq Sahakyanla üz-üzə gəlib. Görüş Dadovun 4:1 hesablı qələbəsi ilə başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR