Qarabağdan Ermənistan hərbçiləri çıxarılır -

Ermənistan Silahlı Qüvvələrinin bölmələri Qarabağdan çıxarılır.

Metbuat.az bildirir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi, polkovnik Senor Asratyan Facebook akkauntunda belə yazıb.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının nəzarəti altında olan Qarabağ ərazisindən bütün erməni silahlı birləşmələri çıxarılır.

"Baş nazir Nikol Paşinyan bu qərarına "şərbi çağırışçıların valideynləri belə istədilər" deyərək haqq qazandırmağa çalışacaqlar. Bundan başqa, Meğridə nəqliyyat dəhlizinin yaradılması ilə bağlı danışıqlar gedir", - S.Asratyan yazıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR