Hyustonda yaşayan azərbaycanlılar Novruz şənliyi keçirib -

ABŞ-dakı Azərbaycan Amerika Mədəniyyət Alyansı və Hyuston Azərbaycan məktəbi xalqımızın milli bayramı - Novruz münasibətilə Hyuston Azərbaycanlıları və dost xalqlar üçün şənlik keçirib.

Metbuat.az xəbər verir ki, şənlikdə milli musiqi sədaları altında rəqslər edilib və uşaqlar yumurta döyüşdürüblər.

Xanımların bişirdikləri milli yeməklər qonaqlara təklif edilib.

Xatırladaq ki, tədbirdən əldə edilən gəlir şəhid və qazi ailələrinin ehtiyacları üçün xərclənəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR