x
Loading...

Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr - SİYAHI

.

2021-ci ilin yanvar ayında Azərbaycanın məhsul idxal etdiyi ölkələr məlum olub.

Metbuat.az xəbər verir ki, qeyd olunan müddət ərzində Azərbaycana idxal olunmuş məhsulların ümumi dəyərinin 14,6 faizi Rusiya, 14,5 faizi Türkiyə, 13,9 faizi Çin, 11,5 faizi Almaniya, 5,7 faizi ABŞ, 3,7 faizi Ukrayna, 3,6 faizi İran, 2,8 faizi Birləşmiş Krallıq, 2,7 faizi İtaliya, 1,7 faizi Yaponiya, hər biri 1,5 faiz olmaqla Koreya, PolşaHindistan, hər biri 1,3 faiz olmaqla NiderlandFransa, 18,2 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2020-ci ilin yanvar ayı ilə müqayisədə 2021-ci ilin yanvar ayında təzə meyvə idxalı 36,8 faiz, xam şəkər və şəkər – 2,6 dəfə, kərə yağı, digər süd yağları və pastaları – 6,3 faiz, kartof – 10,8 faiz, təzə tərəvəz – 4,9 dəfə, siqaretlər – 1,7 dəfə, dərman vasitələri – 2,1 dəfə, rezin şinlər – 46,5 faiz, mineral gübrələr – 10,1 dəfə, yük avtomobilləri – 25,7 faiz, polietilen – 8,3 faiz artmış, bitki yağları idxalı isə 24,2 faiz, buğda – 53,5 faiz, çay – 46,8 faiz, mal əti – 30,1 faiz, quş əti və onun əlavə məhsulları – 61,0 faiz, minik avtomobilləri – 23,8 faiz, qara metallardan borular – 36,5 faiz, polad prokatı – 50,6 faiz, hesablama maşınları, blok və qurğuları – 8,8 faiz, qara metallardan çubuqlar – 43,9 faiz, avtobuslar – 13,9 faiz, mebellər – 35,6 faiz, paltaryuyan maşınlar – 20,5 faiz, məişət kondisionerləri – 6,7 faiz, qara metallardan künclüklər – 46,9 faiz, məişət soyuducuları – 33,1 faiz, sement və sement klinkerləri – 20,6 faiz azalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR