x
Loading...

Nazirlikdən meteohəssas insanlara XƏBƏRDARLIQ

.

Milli Hidrometeorologiya Xidməti martın 23-ü meteohəssas insanları diqqətli olmağa çağırır.

Metbuat.az-ın məlumatına görə, Ekologiya və Təbii SərvətlərNazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, martın 23-24-də Bakı və Abşeron yarmadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir:

"Arabir güclənəcək qərb küləyi əsəcək. Havanın temperaturu gecə saatlarında 5-7, günorta saatlarında isə 13-18 dərəcə isti olacaq".

Bölgələrdə də havanın qeyri sabit keçəcəyi gözlənilir. Axşama doğru bəzi yerlərdə yağış yağacaq, ayrı-ayrı yerlərdə duman olacaq:

"Bölgələrdə gündüz yağmursuz hava şəraiti müşahidə olunsa da, 23-ü axşam və 24-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı istisna olunmur. Havanın temperaturu günorta 15-20, dağlıq ərazilərdə isə 5-8 dərəcə isti olacaq".

Qeyri-sabit hava şəraitinin martın 25-ə kimi davam edəcəyi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR