Azərbaycanda virusa yoluxanların sayı kəskin artdı -

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1333 yeni yoluxma faktı qeydə alınıb, 269 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Metbuat.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 248307 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 233356 nəfər müalicə olunaraq sağalıb, 3384 nəfər vəfat edib, aktiv xəstə sayı 11567 nəfərdir.

Ölkədə son sutka ərzində 8517 hazırkı dövrədək isə 2790980 test aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR