Azərbaycanlı gimnast anası ilə bərabər "Azerbaijan Woman Awards"a layiq görüldü -

Olimpiyadaya lisenziya qazanan ilk azərbaycanlı bədii gimnast, "IV İslam Həmrəyliyi Oyunları"nın çempionu Zöhrə Ağamirova və tanınmış plastik-estetik cərrah Könül Ağamirova “Azerbaijan Woman Awards” mükafatına layiq görülüblər.

Azərbaycan gimnastikasının uğurlu simalarından biri olan Zöhrə Ağamirova üçün bu mükafat böyük motivasiya olub. Dünyanın müxtəlif yarışlarında Azərbaycanı layiqincə təmsil edərək bayrağımız ucaldan gimnast bu il ölkəmizi "Tokio 2020" Olimpiya Oyunlarında təmsil edəcək. Zöhrənin anası Könül Ağamirova isə tibb sahəsində böyük uğurlar əldə edib. Ölkənin ən yaxşı plastik cərrahlarından biri olan Könül Ağamirova müasir plastik cərrahiyyədə müxtəlif uğurlu əməliyyatlar həyata keçirərək pasiyentlərin etibarını və rəğbətini qazanıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR