Nəcməddin Sadikovun Dubay səyahəti ilə bağlı

Silahlı Qüvvələrimizin Baş Qərargahının sabiq rəisi, general-polkovnik Nəcməddin Sadıkovun Dubayda istirahət etməsi ilə bağlı yayılan görüntülərdə qeyri-adi heç nə yoxdur.

Metbuat.az xəbər verir ki, bu sözləri ehtiyatda olan polkovnik Şair Ramaldanov general-polkovnik Nəcməddin Sadıkovun Dubayda istirahət etməsi ilə bağlı yayılan görüntülər haqda danışarkən deyib.

"General-polkovnik” rütbəsi daşıyan və uzun illər Baş Qərargaha rəhbərlik edən şəxsin hərbi sirləri özündə daşıdığını təsdiqləyən polkovnik bu statusda olan insanların ölkədən çıxışının nəzarətdən kənar olmadığını qeyd edib:

"Nəcməddin Sadıkov bu gün Dubaydadırsa, demək, ona ölkədən çıxmaq üçün icazə verilib. Buna görə də mən burada qeyri-adi nəsə bir şey görmürəm”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR