Şoyqu və Arutyunyan telefonla danışdı -

Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan arasında telefon danışığı olub.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı tərəflər Ermənistan ordusunda həyata keçirilən irimiqyaslı islahatları, Ermənistanın Syünik vilayətində təhlükəsizlik tədbirlərini, Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətini, hərbi-siyasi məsələləri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR