Yaponiyada helikopter qəzası:

Yaponiyada martın 23-də baş verən helikopter qəzasındaya xəsarət alanların sayı altı nəfərə çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə yerli “NHK” telekanalı məlumat yayıb.

Yaralılardan pilot da daxil olmaqla, 4-nün vəziyyəti ağırdır. Onlara bud və onurğa sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisə ilə əlaqədar Yaponiya Nəqliyyat Təhlükəsizliyinə Nəzarət Komitəsi istintaqa başlayıb.

Qeyd edək ki, helikopter qəzası ötən gün axşam Yaponiyanın mərkəzi hissəsində - Naqano prefekturasında baş vermişdi. İlkin olaraq yalnız pilotun yaralandığı bildirilirdi.(apa)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR