x
Loading...
.

"Kişinin ağlı olsa, əri ölmüş qadın tapar" - Cavanşir Məmmədov

.

Əməkdar artist Cavanşir Məmmədov kişi-qadın münasibətlərindən danışıb.

Metbuat.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Elgizlə izlə" proqramında dul kişi və qadının evlənməsinə etiraz edib:

"Kişinin ağlı olsa, əri ölmüş arvad tapar. Gedər onun yanına gündə bir-iki saat oturar, sonra qayıdar evinə. Nəvələrinin yanında yatar. Kişiyə baxan qadın lazımdır. Amma eləsini tapım ki, mənə baxsın. Məndən sonra gəlib evimə, üzüyümə şərik olmasın. Övladlarımla ev, maşın davasına çıxmasın. Gedərsən həmin qadının evinə, duranda 50-100 manat da qoyarsan ki, bazarlıq et, yenə gələcəm.

Həyat yoldaşım dünyasını dəyişsə, yenidən evlənmərəm. Övladlarımın yanında ikinci dərəcəli ata olaram. 43 il anam kişisiz yaşadı. Ona təklif etdim ki, ailə qur. Düşündüm ki, qoy, anam mənə qanmaz gözü ilə baxmasın. Bilsin ki, onun haqqında düşünürəm. Qayıtdı ki, həyatıma qarışma. Bilirdim ki, anam ikinci dəfə ailə qurmaz".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR