İngiltərə kraliçasının 10-cu nəticəsi dünyaya gəldi

İngiltərə kraliçası İkinci Elizabetin şənbə günü 10-cu nəticəsi dünyaya gəlib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, şahzadə AnnMark Filipsin qızı, atçılıq dünya çempionu Zara Tindal və həyat yoldaşı, keçmiş ruqbi ulduzu Mayk Tindal martın 21-də, bazar günü axşam saat 6-da sayca üçüncü övladları olan Lukas Filipin anadan olduğunu elan ediblər.

Zaranın gecə boyu doğum sancıları keçirdiyindən onu xəstəxanaya aparmaq mümkün olmadığı üçün körpə evdəki hamam otağının döşəməsində dünyaya gəlib. Buna baxmayaraq, 3,74 kiloqram olan uşaq sağlamdır.

Bu hadisəni Bukingem Sarayı təsdiqləyərək “şərtlər əl verən kimi 10-cu nəticəni qarşılamağa hazırlaşdıq”larını açıqlayıb.

Qeyd edək ki, bu il fevralın 9-da Zara Tinalın xalası qızı, kraliçanın ikinci oğlu York hersoqu şahzadə Endrünün qızı şahzadə Eucinin oğlu Auqust olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR