"Tesla" rəhbərinin açıqlamasından sonra "Bitcoin" bahalaşdı

"Tesla"nın rəhbəri İlon Maskın şirkətinin istehsal etdiyi elektrik avtomobillərini almaq üçün "Bitkoin"dən istifadə edilə biləcəyini dediyindən sonra kriptovalyutanın qiyməti bahalaşıb.

Metbuat.az xəbər verir ki, İ.Mask öz "Tvitter" səhifəsində yazıb ki, indi "Tesla" avtomobillərini "Bitcoin"ilə almaq mümkündür. O əlavə edib ki, "bu ilin sonunda" ABŞ xaricində olanlar da bunu edə biləcəklər.

Məlumata əsasən, "Bitcoin"in qiyməti saat 17:54 üçün 4,3 fazi artaraq 56,689 min dollara yüksəldi. (Trend)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR