Müdafiə naziri təsadüfən gizli informasiyanı açıqladı -

Rumıniya Müdafiə naziri Nikolae Çuke gizli məlumatlarla birlikdə bir foto-şəkil paylaşıb.

Metbuat.az moderator.az-a istinadən xəbər verir ki, bu haqda yerli “Digi 24” telekanalı məlumat yayıb.

"Foto-şəkillərin birində hesablara və video-konfranslara giriş məlumatları, həmçinin Müdafiə Nazirliyinin Sibiu şəhərindəki çağrı mərkəzi əməkdaşları tərəfindən istifadə olunan telefon nömrələri göstərilib"- məlumatda belə deyilir.

Fotolar nazirin Sibiudakı Quru Qoşunları Akademiyasına səfəri zamanı çəkilib. Yazı taxtasına yazılmış məlumatların da göründüyü fotolar yayımlandıqdan bir neçə saat sonra silinib. Lakin onların surətləri artıq sosial şəbəkələrdə paylaşılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR