"Intel" şirkəti çip istehsalının genişləndirilməsinə 20 milyard dollar investisiya qoymaq niyyətindədir

ABŞ-ın "İntel" şirkəti yeni zavodların inşasına 20 milyard dollar sərmayə qoyacaq və mikro çiplərin istehsalını genişləndirmək üçün yeni tərəfdaşları cəlb edəcəkdir.

Metbuat.az xəbər verir ki, bu barədə şirkətin rəhbəri Patrik Qelsindcer bildirib.

P.Qelsindcer qeyd edib ki, onun planına çip istehsalının sürətini artırmaq üçün Arizonadaki mövcud fabriklərdə iki yeni fabrikin inşası daxildir. Yeni obyektlərin 2024-cü ildə fəaliyyətə başlaması gözlənilir.

Şirkət, həmçinin il ərzində ABŞ, Avropa və digər bölgələrdə genişlənmə planlarını açıqlamaq niyyətindədir. (Trend)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR