Sərhəddə kritik vəziyyət: Türkiyə və Rusiya razılığa gəldi

Türkiyə ilə Rusiya İdlib və Hələbdəki humanitar vəziyyətlə bağlı keçid məntəqlərinin açılması barədə razılığa gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə “İnterfax” agentliyi məlumat yayıb. Bildirilir ki, keçid məntəqələri bu gündən açılır. Razılığa görə, İdlibdə iki, Hələbdə bir humanitar dəhliz yaradılacaq.

Qeyd edək ki, Rusiyaya məxsus təyyarələrin Türkiyə sərhədinə yaxın əraziləri bombalayandan sonra bölgədə humanitar vəziyyət daha da ağırlaşıb.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR