Azərbaycandan MÖHTƏŞƏM HƏMLƏ:

Bildiyimiz kimi, Martın 18-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyinin digər rəhbər heyəti HHQ-nin yeni inşa edilmiş və əsaslı təmirdən çıxmış iki hərbi hissəsinin açılış mərasimində iştirak etmişdilər.

Həmin mərasimdən sonra general-polkovnik Z.Həsənov əsaslı təmirdən çıxan hərbi hissənin ərazisindəki Uçuşların idarəedilməsi məntəqəsi və pilotsuz uçuş aparatlarının (PUA) yerüstü idarəetmə stansiyasına da baxış keçirmişdi.

Açılış mərasimi Türkiyə mediası tərəfindən də diqqətlə izlənilib. Türkiyə mənbələri Azərbaycanın PUA-lar üçün xüsusi baza qurduğunu qeyd ediblər.

Azərbaycanın hərb sənayesində böyük inkişafın göstərici olan bu məntəqə barədə Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz Metbuat.az-a özəl açıqlama verib.

General deyir ki, müasir avadanlıqlarla təchiz edilmiş idarəetmə məntəqəsi və yerüstü stansiya hərbi aviasiya vasitələrinin və PUA-ların uçuşlarının fasiləsiz və keyfiyyətli koordinasiyasını təmin edəcəkdir.


“Əməliyyat-taktiki təlimlər çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) heyətləri havadan müxtəlif hündürlüklərdə kəşfiyyat apararaq əldə edilən məlumatları idarəetmə məntəqələrinə ötürür.
PUA heyətləri həmçinin şərti düşmənin mövqelərinin, o cümlədən müdafiəsinin dərinliyindəki hədəflərin aşkar edilməsi və müvafiq məlumatların idarəetmə məntəqələrinə göndərilməsi üzrə tapşırıqları icra edir.

Uçuşların idarəedilməsi məntəqələri təmas xəttindən bəlli bir məsafədə qurulurlar. Bu mərkəzlərdə fəaliyyət həftənin 7 günü 24 saat nəzarət olunacaq səviyyədə olmaqla, İHA və PUA-lara növbəlilik prinsipi əsasında nəzarət təşkil edilir.

Gün ərzində pilotsuz uçuş aparatlarının təmiri, yanacaq və digər ehtiyacları nəzarətdə saxlanılır’’.


Yücel Karauz deyir ki, Azərbaycanda ilk dəfə qurulan bu məntəqə havadan və müxtəlif hündürlüklərdən kəşfiyyat məlumatlarının öyrənilməsi həmçinin Qarabağda da vəziyyətin 24 saat izlənilməsi baxımından vacib əhəmiyyət daşıyır.

“Müasir texnoloji avadanlıqla təchiz edilən məntəqə HHQ-nin fasiləsiz döyüş növbətçiliyinin aparılması, qoşunların qısa müddətdə döyüş vəziyyətinə gətirilməsinə istənilən iqlim şəraitində hakim ola bilir.

Uçuşların idarəedilməsi məntəqəsində həmçinin şərti düşmənin aşkar olunan hava hədəflərinin məhv edilməsi üçün əldə edilən məlumatların zenit-raket komplekslərinin komanda məntəqələrinə ötürülməsini təmin edir.

Burada pilotların (PUA) idarəetmə bacarıqları inkişaf etdirələrək, həmin mərkəzlərdə onların rahatlığı və şəxsi ehtiyacları da bütün lazımi vasitələr yerinə yetirilir”.


Belə bir mərkəzin müştərək fəaliyyət göstərdiyi digər bir qolu da Ağdam şəhərində yerləşdiyini bildirən general qeyd etdi ki, bölgədə sülhü və sabitliyi qorumaq üçün 24 saat ərzində düşmənin hava hədəflərinin izlənilməsi, kəşfiyyat məlumatlarının toplanılması, təhlili, qərarların vaxtında qəbulu və aviasiya qüvvələrinin döyüş tapşırıqlarını maksimal effektiv icrasını təmin edilərək digər mərkəzə göndərilir.

Məhz bu məlumatlar da daxil olmaqla quruda piyada və digər ünsürlər hərəkətlərini kordinasiya edə bilirlər.

Создатель БПЛА "Bayraktar TB2" поздравил Азербайджан: «Карабах – это  Азербайджан!»

“Türkiyə dünyada PUA istehsal edən 5 ölkədən biridir. Bayraktar TB2-lər dəqiqliklə təsdiqlənmiş hədəflər üçün istifadə edilir. Amma bəzi xarici ölkələrin PUA-lardan istifadə zamanı məsuliyyətsiz davranaraq, günahsız sivil insanların ölümünə də səbəb olması ilə bağlı faktlar çoxdur.

Azərbaycan Qarabağın işğaldan azad edilməsi zamanı, həmçinin Suriyada Bayraktlar-lar yalnız hərbi məntəqələrin vurulması məqsədi ilə istifadə olunaraq və yüz faizlik nəticə əldə edilmişdir.

Dəqiqliklə deyə bilərəm ki, Vətən müharibəsində istifadə edilən Bayraktar PUA-ları yalnız düşmənin hərbi baza və silah arsenalının məhvi üçün istifadə edilərək qətiyyən sivil insanlar üzərində hədəflənməmişdir.

Bütövlükdə Uçuşların idarəedilməsi məntəqəsi Qafqazda ən müasir PUA-idaretmə mərkəzi olmaqla Azərbaycanın hərb sənayesinin inkişafına böyük təkan verəcəkdir.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR