SON DƏQİQƏ: Türk qırıcıları Pakistan səmasında -

Pakistanın müstəqillik bayramı ilə bağlı martın 23-də keçirilməsi nəzərdə tutulan lakin əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınan parad bu gün baş tutub.

Metbuat.az xəbər verir ki, paytaxt İslamabadda keçirilən tədbirə dövlət və hökumət nümayəndələri ilə yanaşı xarici qonaqlar da qatılıb. Paradda tanklar, radarlar, müdafiə sistemləri və ballistik raketlər nümayiş olunub.

Paradda SOLOTÜRK pilotları tərəfindən nümayiş olunan şou böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, Pakistan 1956-cı ildə müstəqilliyini elan edib.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR