x
Loading...
.

Süveyş kanalında 400 milyon dollarlıq neft yolda qalıb

.

Süveyş kanalında konteyner gəmisinin saya oturması ilə bağlı hərəkətin dayanması nəticəsində 400 milyon dollardan çox məbləğdə neft yolda qalıb.

Metbuat.az. xəbər verir ki, ümumilikdə 6,3 milyon barel neft daşıyan 7 iritonnajlı tankerin hərəkəti dayanıb.

Bundan başqa, 160 milyon dollar məbləğində neft daşıyan daha 3 tanker həmin bölgəyə yaxınlaşır.

Süveyş kanalında, həmçinin neft məhsulları daşıyan 15 gəmi, mayeləşdirilmiş təbii qaz daşıyan 3 gəmi və mayeləşdirilmiş neft qazı daşıyan 2 gəmi ilişib.

Qeyd edək ki, kanalda iki gün əvvəl 400 metr uzunluğunda "Ever Given" konteyner gəmisi saya oturaraq hərəkəti iflic edib. Süveyş kanalında dünya dəniz ticarət daşımalarını 12 faizi həyata keçirilir.(Trend)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR