x
Loading...
.

Azərbaycanda ov edən ərəblər haqqında SENSASİYON FAKTLAR - FOTOLAR

.

Xəbər verdiyimiz kimi, martın 25 də Qax rayonunun Acınohur ərazisində xarici turistlərin qanunsuz ov hallarına yol verməsi barədə sosial şəbəkələrdə və mətbuatda xəbərlər yayıldı.

Görüntülərdə ərəb turistlərin cəmi 90-95 cüt qalan Qafqaz durnasını ovlaması demək olar ki, hər kəsdə hiddət yaratdı.

Bəs ölkə ərazisində adları nadir quşlar siyahısında olan Qafqaz durması və digər qiymətli quşları ovlayanlar kimlərdir?

Metbuat.az həmin şəxslərin bəziləri barədə araşdırma aparıb. Məlum olub ki, yayılan fotoşəkillər təqribən 5 gün öncə çəkilib.

Görüntülərdə olan bir neçə ərəb əsilli şəxslərin haqqında məlumatı təqdim edirik:

Rəşid Abdullah ibn Hadhah əl-Mərar

Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Ədu Dabinin Qərbində yerləşən Əl Dafra bölgəsindəndir. Əslən Mərar qəbiləsindəndir. Mərar qəbiləsinin üzvləri cənub tərəfdən Əd Dəfra və Rub Əl-Xali səhrasına yaxın bir yerdə məskunlaşıblar. Cəmi 70 ailədən ibarət olan Mərar qəbiləsinin üzvləri əsasən mirvari satışı və balıqçılıqla məşğul olublar.


Rəşid Abdullah ibn Hadhah əl-Mərarın hobbisi əsasən ovçuluq və balıqçılığdır. O bölgə üçün xarakterik olan quru meyvələrin satışı və qəhvə satışı ticarəti ilə məşğuldur. Şəxsi qurduğu şirkəti olan Tamrcoo əsasən yerli fermerlərdən xurma, əncir, digər bölgə üçün xarakterik olan meyvələrin əkilib qurudulub satışı işini icra edir.

Dünyanın müxtəlif ölkələrini səyahət edən Rəşid Abdullah ibn Hadhah şəxsi instaqram hesabında əsasən ovçuluq məharətini əks etdirən fotoları ilə məşhurdur. O Dubay şahzadəsi Şeyx Həmdən Bin Məhəmməd Bin Rəşid Əl Məqtum ilə dostluq edir.


Şeyx Sayif bin Məhəmməd bin Butti Əl Hamid

“Əl Dhafra İdman və Mədəniyyət Klubu’’-nun sədri ,BƏƏ-də tanınmış iş adamıdır.

İqtisadiyyat və siyasi elmlər üzrə bakalavr dərəcəsi var.”Əbu-Dabi” motorsun sahibidir. “Saif” və “Dabi” Group-un səhmdarlarındandır.

Onun qardaşı Şeyx Abdulla Bin Mühəmməd Bin Butti Əl Hamiddir.


Hazırda Əbu-Dabi əmirliyində Səhiyyə naziridir. 48 yaşlı nazir Əbu-Dabi Əmirliyinin üzvü ə İcraiyyə Şurasının sədridir

Bu iki qardaşın atası isə Şeyx Mühəmməd Bin Butti Əl Hamiddir.

Əl Hamidin Əl Həməd Xeyriyyə Təşkilatı rəsmi olaraq 2018-ci ilin iyul ayında Əbu-Dabi - Birləşmiş Ərəb Əmirliklərinin əmirliyində qeydiyyatdan keçib. Bu təşkilat yerli, regional və beynəlxalq humanitar sahələrdə aparıcı köməkçi kimi tanınır.

Təşkilatın məqsədi irqindən, dinindən, cinsindən və etnik mənşəyindən asılı olmayaraq ehtiyacı olanlara kömək etməkdir.

Qeyd edək ki, ötən gün "Qax rayonunun Acınohur ərazisində xarici turistlərin qanunsuz ov hallarına yol verməsi barədə sosial şəbəkələrdə və mətbuatda geniş məlumatlar yayıdıqdan sonraDövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılıb.

“Bu məlumatlar da bizə daxil olanda araşdırma apardıq və məlum oldu ki, Acınohur yasaqlığı ərazisində 372 hektar ərazi 2017-ci ildə yerli vətəndaşa icarəyə verilib, həmin vətəndaş da müqavilə əsasında xarici qonaqları dəvət edir və onlar orada istirahət edirlər. Bununla bağlı hər hansı məhdudiyyət yoxdur.

Araşdırmanın gedişatında bir neçə gün əvvəl ərəb turistlərin həmin ərazisində heyvanlarla rəhimsiz rəftarla bağlı məlumat daxil oldu və buna görə cərimə edildilər. Dünən mətbuatda məlumatlar yayıldı ki, həmin ərazidə hətta ov aparıblar. Fakt qismən müəyyən edildi. Onu da qeyd edim ki, sosial şəbəkələrdə bir sıra köhnə dövrlərə məxsus olan, hətta ərazisi belə müəyyən edilməyən foto və videolar yayılıb. İddia olunur ki, bunlar həmin ərazisinə lentə alınıb.

Bir faktı deyim ki, hazırda quşların miqrasiya dövrü bitib və buna görə onların sayı ölkədə azdır. Amma bəzi faktlar öz təsdiqini tapdı və iki ərəb turist 4 min manat civarında cərimələndilər. Hazırda bizim tərəfimizdən, onların yasaqlıq ərazisində hərəkətini məhdudlaşdırmaq üçün müvafiq tədbirlər görülüb. Ərazidə müxtəlif yerlərdə tərəfimizdən postlar qurulub ki, onlar orada hərəkət etməsinlər. Bu barədə araşdırmalarımız davam etdiriləcək. Fürsətdən istifadə edib bu məlumatları ötürən şəxslərə öz təşəkkürümü bildirirəm”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR