x
Loading...
.

​Rusiyanın Xəzər dənizindəki DƏHŞƏTLİ SİLAHI - ABŞ kəşfiyyatı illərlə təqib edib / FOTOLAR

.

SSRİ dövründə istehsal edilən və Xəzər dənizində qəzaya uğrayaraq uzun illər burada qalan Ekranoplan Moskvadakı Patriot parkına aparılıb.

Metbuat.az xəbər verir ki, “Xəzər dənizi canavarı” adlı Ekranoplan həm təyyarəyə həm də gəmiyə bənzəməsi ilə seçilir. 1965-ci ildə istehsal edilən hərbi vasitə 1966 və 1980-ci illərdə test edilib. Lakin testlərin biri zamanı pilotun səhvi nəticəsində qəzaya uğrayaraq sıradan çıxıb. Su üzərində sürətlə üzə bilən hərbi vasitə yük daşınması və düşmən gəmilərini sıradan çıxarmaq üçün nəzərdə tutulmuşdu. 500 kilometr sürətlə hərəkət edə bilən Ekranoplan sudan 4 metr yüksəklikdə də uça bilirdi. Hərbi vasitə ABŞ kəşfiyyatının peyk görüntüləri vasitəsilə üzə çıxarılmışdı.

O vaxt Ekranoplan qərb üçün mənşəyi bəlli olmayan “qorxulu silah” hesab edilirdi. Qəzadan sonra 300 tonluq hərbi vasitə Dərbənd sahillərinə atılmışdı. Onun dəniz və ya hava vasitəsi olduğu hələ də məlum deyil.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR