Türkiyədə dünyasını dəyişən Nihad Əliyevin ailəsindən

Türkiyədə silahını təmizləyərkən ehtiyatsızlıq nəticəsində başından yaralanan Nihad Əliyevin ailəsi mətbuatda onun haqqında yanlış gedən məlumatlardan narahatdır.

Metbuat.az xəbər verir ki, Nihad Əliyevin yaxınları bununla bağlı açıqlama verib.

Açıqlamada bildirilir:

"Nihadla bağlı kədərimizi bölüşən hər bir kəsə təşəkkür edirik. Bildirmək istəyirik ki, sosial şəbəkələrdə və bəzi mətbu qurumlarda yayılmış, guya mərhuma aid olduğu iddia olunan videolarda yer alan şəxslərin Nihad Əliyevə heç bir aidiyyatı yoxdur. Bu yanlışlığın aradan qaldırılması üçün Nihad Əliyevin fotosunu mətbuata təqdim edirik. Bəzi düzgün olmayan məlumat və görüntülərin yayılmasında hər hansı qərəzin olmadığına inanır, bunun sadəcə yanlışlıqla tirajlandığını düşünürük. Bununla belə, kədərimizi nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və mətbuat nümayəndələrini həssas olmağa, bu məsələ ilə bağlı dəqiqləşdrilməmiş məlumatları yaymamağa çağırırıq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR