x
Loading...
.

Millimiz Qətərə uduzdu

.

Azərbaycan millisi bu gün beynəlxalq yoldaşlıq oyununda Qətərlə üz-üzə gəlib.

Metbuat.az xəbər verir ki, Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçirilən qarşılaşmada yığmamız 1:2 hesabı ilə uduzub.

Azərbaycan millisinin heyətində Ramil Şeydayev 16-cı dəqiqədə penaltini qola çevirib. İlk hissə millimizin minimal hesablı qələbəsi ilə yekunlaşıb. İkinci hissədə Hassan Al Haydos 55-ci dəqiqədə onbir metrlik cərinmə zərbəsini qola çevirərək hesabı bərabərləşdirib. O 58-ci dəqiqədə özünün və komandasının ikinci qolunu vurub. Matç Qətər millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Qətər millisi Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna mübarizə aparır. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyır.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR