Paşinyandan gözlənilməz ''Qarabağ həmləsi'' -

Xəbər verdiyimiz kimi, Ermənistan baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin yeni Baş Qərargah rəisi Artak Davatyanın təqdimatı zamanı Müdafiə Nazirliyinin general heyyəti ilə görüşü baş tutub.

Ermənistan KİV-lərinin yaydığı məlumata əsasən, həmin görüşdə Nikol Paşinyan söz verib ki, II Qarabağ savaşındakı məğlubiyyətləri ilə bağlı Müdafiə Nazirliyinin yuxarı komandanlığını istintaqa cəlb etməyəcək.


Bəs Paşinyan bu addımı atmaqda hansı məqsədi güdür?

Bu barədə Metbuat.az-a özəl açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin Asiya və Sakit Okean ölkələri üzrə siyasi ekperti Samir Hümbətov deyir ki, Ermənistan baş nazirinin bu addımı atmaqda üç məqsədi var.


"Birincisi Nikol Paşinyan bunu etməklə ordu ilə hökumət arasında yaranmış uçurumu azaltmaq və ordu içində fəaliyyət göstərən general heyətini bir qədər zəiflətmək istəyir.

Bununla o ordu elitasını nisbətən özündən asılı vəziyyətə salmaq istəyir. Bununla da Paşinyan özünün hakimiyyət üzərindəki hazırkı statusunu qoruyub saxlamağı hədəfləyir.

İkinci məsələ odur ki, Paşinyan aprel ayında baş tutması planlaşdırılan Moskva səfəri öncəsi Putindən özünü küsdürəcək addımlardan yayınmaq istəyir.Yəni Rusiyadan özünü küsdürməmə siyasəti ilə hərəkət edən Paşinyan həm də cəmiyyətə ''II Qarabağ savaşında ordunun səhvi olsa da mən onlara humanislik göstərdim''.

Politoloq qeyd etdi ki, Ermənistan Konstitutsiyasına görə Paşinyan iyun ayında keçiriləcək prezident seçkilərinə iki ay qalmış istefa verməlidir. Amma o istefadan sonra iki ay ərzində ölkədə vəziyyəti nəzarətdə saxlamalıdır. Məqsəd ordu elitası ilə arasındakı münasibətləri qoruyaraq istefa verdiyi müddətdə ölkədəki vəziyyəti öz xeyrinə dəyişməkdir.

Paşinyan zəng edir, Putin cavab vermir... - VİDEO - Modern.Az Azərbaycan və  dünya xəbərləri

Samir Hümbətov Ermənistan hakimiyyəti üçün yeni namizəd olan Rusiyanın erməni əsilli milyarderlərindən olan Ara Abramyan seçkilərə qatılmaq istəyi ilə bağlı da Paşinyanın bir neçə addım atacağını istisna etmədi.

''Burada təbii ki, Paşinyanın ''bir daşla üç quş vurmaq istəyi'' əsas hədəf olaraq qeyd edilməlidir. O bu addımla bir neçə rəqibini nakauta salmaq istəyir.

Birincisi Müdafiə Nazirliyini parçalamaqla yəni generalların səhvini ört-basdır etməklə onları susdurmaq istəyir. İkincisi çalışır ki,seçki prosesinə Rusiyanın heç bir müdaxiləsi olmasın

Üçüncüsü Paşinyan istəyir ki, milyarder Ara Abramyanın ordu ilə bağlarını qopararaq onun erməni cəmiyyəti üçün düzgün prezident olmadığını nümayiş etdirsin.

Paşinyana Moskvadan milyarder rəqib gəlir - Ara Abramyan Putinlə dostdur

Bu gün Ermənistan ordusunun Rusiyanın ovucları içərisində olması heç də sirr deyildir. Paşinyan da istəyir ki, Rusiyaya səfəri zamanı Putinin nəzərində bütün problemləri həll etmiş bir namizəd kimi görünsün. Qeyd edilən bu səbəblər Paşinyan hakimiyyəti üçün olduqca önəmli məsələlər kimi qeyd edilə bilər''.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR