''Ay çəkilin, Bəşir gəlir'' meyxanasındakı məşhur

Son günlər sosial şəbəkələrdə əməlli-başlı məşhurlaşan ''Ay çəkilin, Bəşir gəlir'' meyxanasının kimə həsr edildiyi məlum olub.

Metbuat.az xəbər verir ki, bu meyxananın müəllifi mərhum Vüqar Biləcərilidir. Haqqında danışılan isə Lənkəran şəhərinin Cil kəndində doğulan meyxanaçı Bəşir Lənkəranlıdır.

El məclislərinin birində mərhum meyxanaçı Vüqar Biləcərili Bəşir Lənkəranlını deyişməyə çağırır. Bəşir bu zaman gecikdiyinə görə, Vüqar Biləcərili onu çağırmaq üçün

''Ay çəkilin, Bəşir gəlir,qulağıma hay-həşir gəlir'' deyə qafiyə ilə meyxanaya başlayır.

Bundan sonra məclisdə iştirak edən digər meyxanaçılar Rəşad Dağlı, Rüfət Dağlı, Pünhan,Rüfət Lənkəranlı qafiyəni davam etdirirlər. Bir neçə dəqiqədən sonra Bəşir məclis əhlinin içindən gəlib çıxaraq söz ustadlarına qoşulur. Elə həmin məclisdən sonra məşhur ''Ay çəkilin, Bəşir gəlir'' meyxanası yaranmıış olur.

Həmin məşhur meyxananın orjinal versiyasını təqdim edirik:

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR