x
Loading...

Pandemiyanın küləyində “sovrulan’’ miqrantlar - Avropa qapılarına gedən yol bağlanır?

.

Pandemiya dünyada bir çox sahələrə ciddi ziyan vurdu.Həmin sahələrdən biri də miqrasiya sahəsidir.

Pandemiyadan öncə miqrantlar getdikləri ölkələrdə yaşamaq üçün lazım olan iş və qalacaq ünvanı tapmaqda problem yaşamasalar da koronavirus yayıldıqdan sonra bu məsələlərdə böyük problemlər ilə üzləşdilər.

Mövzuya münasibət bildirən Almaniya Comdirect Bankının baş ofisində Maliyyə və İnvestor Əlaqələrinə Nəzarət şöbəsində çalışan iqtisadçı-ekspert Murad Calalov bildirdi ki, pandemiya başlayandan sonra vəziyyət bir qədər də dəyişdi. İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatı ölkələrində yerli əhalinin 20 faizi yoxsulluq içərisində yaşayırdısa bunun 30 faizi miqrantların payına düşürdü.


“Mühacirlərin getdikləri ölkənin sanitariya qaydalarına əməl etməməsi, onların iş yeri tapıb məskunlaşma məsələlərində problemlər yaratmağa başladı.

Kanada və ABŞ kimi ölkələrə mühacir edən miqrantların 25-30 faizi turizm və otelçilik sahəsinə, 15-20 faizi pərakəndə satış, 10-20 faizi isə təmizlik və mühafizə sahələrində çalışırdılar.

Pandemiya başlayandan sonra sırf bu sahələrə xüsusi ilə də təmizlik sahəsinə diqqətin artmağa başlaması miqrantların işini itirməsinə səbəb oldu.

2016-2018 ci illərdə Avropaya miqrasiya edən miqrantlar burada rahat iş və digər həyati əhəmiyyətli ehtiyaclarını ödəyə bilirdilərsə 2020-ci ildə nəyin ki, həmin ölkələrə miqrasiya etmək hətta orada olan miqrantlar da qayıtmağa başladılar’’.

Murad Calalov bildirdi ki, digər ölkələrə axın edən mühacirlər ailələrini dolandırmağ üçün başqaölkələrə üz tutmağa başladılar. Həmin ölkələrdə də artıq ucuz işçi qüvvəsinə ehtiyac qalmadığı üçün miqrantların işi bir qədər də çətinləşməyə başladı.

Trump Blocks Green Cards During Coronavirus - The New York Times

Almaniyada bir qəssab dükanında antisanitariya qaydalarına riayət edilmədiyi üçün həftə ərzində 1500 adam virusa yoluxmuşdu. Buna görə də dövlət qəti qərarla qəbul edərək, mühacirlərin ölkəyə gəlişinin qarşısı alındı.

Bu sadalanan həyat səviyyəsi yüksək olan ölkələrdə miqrantlar artıq məcbur oldular ki, müvəqqəti yaşadıqları ölkələrin qaydalarına riayyət etsinlər’’.

Coronavirus latest: Singapore records 799 more cases; New Zealand 'won'  battle; lockdowns eased in Europe | South China Morning Post

Bəs miqrantlara qarşı bu çətinliklərin yaradılmasında məqsəd nədir?

“Bəzi immiqrantların qaydaların əksinə hərəkət etmələri həmin ölkələrdə suğorta sahəsindən tutmuş müəyyən kiçik sahibkarlıq müəssisələrinin bağlanmasına səbəb olurdu.

Pandemiya dövründə bu kimi problemlər bütövlükdə hər bir ölkənin imicinə zərər vurmaq baxımından təhlükəli göründüyü üçün mühacirlərin həmin ölkələrə gəlişi baxımdan əngəllər yaradılmağa başlanıldı.

Çexiya bu səbəbdən də koronavirusa yoluxan miqrantların sağlamlıq xərclərini həmin şəxslərin öz hesablarına ödənilməsi ilə bağlı qərar qəbul etdi.

Məqsəd bütün miqrantların yaşadıqları ölkənin qayda və qanunlarına daha məhsuliyyətli yanaşmalarını təmin edərək koronavirusla mübarizədə fəal olmaq idi”.

Trump's Campaign to Block Immigrants During Coronavirus | Time

Sərt qaydalar tətbiq olunmasına baxmayaraq olduqları ölkənin qanun və tələblərinə məhsuliyyəti olduğunu dərk edən mühacirlərə qarşı isə bir qədər fərqli münasibət göstərilirdi.

“Qaydalara məhsuliyyətli yanaşıb işində uğur qazanan mühacirlərin özü və ailələrinə müəyyən şəraitlər də qururdular.

İsveçrə, Almaniya, Lüksenburq kimi ölkələr tələb və qaydalara əməl edən mühacirlərin həyat şəraitinin yaxşılaşdırılması üçün müəyyən addımlar atmağa başladılar.

Almaniyada mühacirlər üçün onlayn təhsilin təşkil edilməsi, müxtəlif transportlarda virusdan müdafiə məlumatlarının yerləşdirilməsi, sosial şəbəkələrdə maarifləndirmə kampaniyalarının aparılması pandemiya ilə mübarizədə böyük addımlardan olmuşdur.

Mühacirlərə qarşı sərt qadağaların bir qədər yumuşaldılması üçün bir çox siyasətçilər dəstək proqramlarının təşkilinin önəmli olduğunu bildirib fərdi şəkildə miqrant ailələrinə köməklik etməyə başladılar. Məqsəd ölkəyə daxil olan beyin axının inkişafına səbəb olacaq addımlar atmaqla pandemiya ilə mübarizədən çıxış yolları tapmaq idi’’.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR