x
Loading...
.

Bakıda tıxaca səbəb olan qəzada 3 nəfər yaralanıb

.

Heydər Əliyev prospektində baş verən avtoqəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Metbuat.az xəbər verir ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, qəza nəticəsində xəsarət alan şəxslər 3 saylı Şəhər Xəstəxanasına çatdırılıblar.

Xəsarət alanlardan 2-si kişi, 1-i qadındır. İki nəfərin vəziyyəti orta ağırdır. Bir nəfər isə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.

Qeyd edək ki, qəza səbəbindən Heydər Əliyev prospektində, “Koroğlu” metrostansiyası istiqamətində əsas yolda hərəkət məhdudlaşdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR