x
Loading...

"Düz bir il özümü qorudum, amma..." - Tanınmış aparıcı koronavirusa yoluxdu

.

Tanınmış jurnalist Günay Yelmarqızı koronavirusa yoluxub.

Metbuat.az xəbər verir ki, bu barədə o özü məlumat verib.

"Bir sabah "Verdiyiniz testin nəticəsi POZITIVDIR" mesajı ilə yuxudan oyanırsan. Və anlayırsan ki, Covid-19 adlı bəla sayəsində sən də iki həftəlik "azadlıqdan məhrumsan". Günəşə pəncərədən baxanda anlayırsan ki, dünyanın ən qiymətli neməti sağlamlıqdır. Təmiz yaz havasını ciyərlərinə çəkmək üçün qət edə biləcəyin ən uzaq məsafə balkon olanda anlayırsan ki, dünyanın ən gözəl azadlığı da elə sağlamlıqdır. Anlayırsan ki, azadlıq həm də saatlarla ən sevdiyin şəhərin küçələrini dolaşmaqdı. Günəşi görüb sevinməkdi. Yaz havasını doyunca ciyərlərinə çəkməkdir. Və ən gözəl nemət yaşamaqdır!

Bu gün məndən soruşurlar ki, efir gününüz idi axı, niyə görmədik sizi TV-də? Çünki, düz bir ildir özümü qorudum, amma mən də qəfl yaxalandım bu virusa. Siz özünüzü qoruyun! Sevgilərlə", deyə G.Yelmarqızı qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR