x
Loading...
.

Sürücülərin NƏZƏRİNƏ - Bu küçələrdə sıxlıq müşahidə olunur - SİYAHI

.

Bakı Nəqliyyat Agentliyi paytaxt yollarındakı sıxlığa dair vəziyyəti açıqlayıb.

BNA-dan Metbuat.az-a verilən xəbərə görə, hazırda Qara Qarayev prospekti -“Koroğlu” m/st-sı istiqamətində, 20 Yanvar dairəsi - Ziya Bünyadov prospekti istiqamətində, Moskva prospekti - şəhər istiqamətində, Yusif Səfərov küçəsi- Heydər Əliyev prospekti istiqamətində, Babək prospekti - mərkəz istiqamətində, Sabunçu-şəhər yolu, mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Sıxlıq səbəbindən hazırda bütün istiqamətlərdə marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR