ABŞ səhvən nüvə silahının şifrəsini paylaşıb:

ABŞ-ın Strategiya Komandanlığının (STRATCOM) rəsmi tvitter səhifəsində şifrə formasında paylaşımın edilməsi yerli mətbuatda və sosial mediada böyük müzakirələrə yol açıb.

Metbuat.az xəbər verir ki, ";l;;gmlxzssaw" hərf və işarələrdən ibarət paylaşımın hansısa strateji sahənin şifrəsi olduğu iddia edilib. Bəzi insanlar bunun hətta nüvə silahları və ya raketlərin kodu ola biləcəyini irəli sürüb.Yarım saat sonra Strategiya Komandanlığı paylaşımı silib.

Məsələ barədə rəsmi açıqlama yoxdur.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR