İLK DƏFƏ: Enerjidə YENİ ERA -

Martın 30-da ilk dəfə olaraq Beynəlxalq Türk Enerji Birliyi Konqresinə start verildi.

Onlayn qaydada keçirilən konqresdə 20-ə yaxın ölkənin 100-dən çox nümayəndəsi iştirak edəcəkdir. Türkiyənin Enerji Strateji və Siyasət Araşdırmaları Mərkəzi (TESPAM) və Avrasiya Araşdırmalar (AAA), İnstitutunun dəstəyi ilə keçirilən konqres barədə Metbuat.az-a özəl açıqlama verən TESPAM başqanı Oğuzhan Akyener bildirdi ki, məqsəd Türk Birliyi ölkələrinin enerji xüsusiyyətləri barədə müzakirələr aparmaqdır.

TESPAM Başkanı Oğuzhan Akyener: Gaz Hidrat Geleceğin En Önemli Enerji Kaynağı Olma Yolunda! – TESPAM

''Bildiyiniz kimi türk dünyası dövlətləri ilə bir çox sahələrdə işbirliyi qurulmaqdadır. Amma heç vaxt energetika sahəsi üzrə diqqəti bir araya toplaya bilməmişdik.Türk dünyası xüsusilə Azərbaycan,Qazaxıstan, Türkmənistan kimi ölkələrdə energetika sahəsinin inkişafı çox böyük əhəmiyyətə və paya malikdir.

Bu baxımdan enerji sahəsində inteqrasiya, və enerji birliyinin qurulması çox önəmlidir. Türk birliyinin qurulmasında da enerji sahəsi böyük vacibliyə malikdir. Məhz bu baxımdan düşünülərək,Türk Enerji Birliyi ideyasını TESPAM olaraq meydana çıxaran ilk qurum olduq.

Bu məqsədlə bir araşdırma mərkəzi qurduq. Konqresin məqsədi də Türk Birliyi dövlətlərini bu amal ətrafında toplayıb, gələcək üçün enerji sahəsində mühüm işlər görməkdir''.

Oğuzhan Akyener bildirdi ki, bu sahədə dəstək və fərqlilik yaradacaq bütün addımları atmağa hazırdırlar. Onlar çalışacaqlar ki, layihə barədə ölkələri inandırıb birlikdə yeni uğurlara imza atsınlar.

Bəs Azərbaycan və Türkiyə bu işbirliyində hansı mövqedən çıxış edirlər?


Biz ticarət və digər sahələrdə Azərbaycanla sıx əməkdaşlıq edirik. Türkiyə və Azərbaycanın bu müddətdə bu birliyə inteqrasiyası çox vacibdir.

Xüsusilə Dağlıq Qarabağ bölgəsininin enerji resursları baxımından əhəmiyyəti nəzərə alınmışdır. Bizim enerji ilə bağlı işbirliyimizin Xəzər dənizinin şərqindən Qazaxıstana qədər uzanması xüsusilə həyəcanlandırır.

Qeyd edim ki, Türkiyə, Azərbaycan,Qırğızıstan,Türkmənistan,Qazaxıstan, Macarıstan,Ərəbistan həmçinin Avropa Birliyi ölkələrindən konqresə qatılacaq nümayəndələrə enerji birliyi sahəsində tətbiq edilməsi planlaşdırılan uzunmüddətli modellər təqdim edilərək onlara bu birliyin qurulmasında istər iqtisadi, istərsə də siyasi baxımdan əhəmiyyəti məruzə ediləcəkdir''.


Məlumat üçün bildirək ki, iki gün davam edəcək konqresdə Azərbaycan Respublikasının Milli Məclisinin bir neçə deputatı Ramil Həsən, Elman Nəsirov, İltizam Yusifov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə, Türkiyənin Azərbaycanda keçmiş hərbi ataşesi general Yücel Karauz həmçinin enerji və digər sahələrdən olan peşəkar nümayəndələr onlayn olaraq fikir mübadiləsi aparacaqlar.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR