x
Loading...
.

Öz istəyi ilə ölümü seçən MƏŞHURLAR - FOTOLAR

.

Bəziləri onun sonsuz depressiyasına qapıldı, bəziləri yaşadığı həyata dözmədi. Bəziləri maddi çətinliklərdən çıxış yolu tapa bilməyib, "həyatdan istefa" edib getməyi seçdilər.

Metbuat.az öz əlləri ilə öz həyatlarını alan məşhurları araşdırıb.

İtaliyalı rejissor Carlo Lizzani 91 yaşında balkonundan atlayaraq intihar edib.


İtalyan kinosunun önəmli adlarından biri olan rejissor, ssenarist və aktyor Carlo Lizzani, Romadakı evinin üçüncü mərtəbəsinin balkonundan atlayaraq həyatına son verib. Ümumi sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilən Lizzaninin bir müddət yaddaş problemi yaşadığı və həyat yoldaşının xəstəliyi səbəbiylə depressiyaya düşdüyü bildirilmişdi.


Xərçəng xəstəliyindən müalicəsi alan digər bir İtalyan rejissor Mario Monicelli, 2010-cu ildə müalicə aldığı xəstəxananın 5-ci mərtəbəsindən atlayaraq həyatına son verib.

Dərdinə son qoymaq istəyən Monicelli 95 yaşında idi.


''Körpüdən Tullanaraq məşhur rejissor Tony Scott intihar etdi ..."

2012-ci ilin avqust ayında qəzetlərdə bu başlığı oxuyanlar gözlərinə inanmadılar. Skott özünü 68 yaşında Los Ancelesdəki Vincent Thomas körpüsündən atlayaraq öldürmüşdür.

Ryan Anderson talks about his struggle to cope with Gia Allemand's suicide  | Daily Mail Online

Məşhur televiziya ulduzu 29 yaşlı Gia Allemand, NBA oyunçusu sevgilisi Ryan Andersonun evində cansız halda tapılmışdır.

Dərhal xəstəxanaya yerləşdirilən Gia Allemand, bütün müdaxilələrə baxmayaraq xilas ola bilmədi. Allemandın intihar səbəbi açıqlanmadı. Ailəsi verdiyi açıqlamada Allemandın reanimasiyada olduğunu, beyin və digər orqanlarının dayandığını bildirmişdilər.

Seher Şeniz - Profile Images — The Movie Database (TMDb)

1965 ci ildə "Çimərlik Gözəli'' seçilən Seher Şeniz, ilk dəfə yaşadığı depressiya nəticəsində 1984-cü ildə dərman qəbul edərək intihara cəhd etdi. Gərgin səylərdən sonra həyata qaytarıldı. İkinci cəhdini 1991-ci ildə etdi. Bu dəfə xilas ola bilmədi. Cəsədi 3 gün sonra qardaşı tərəfindən tapılıb.O,yaşadığı müddətdə 22 filmdə rol oynamışdı.Onların əksəriyyəti avangard filmlər və o dövrün modasına uyğun seks filmləri idi. Bununla birlikdə, ilk filmləri arasında Yılmaz Güney ilə birlikdə rol aldığı "Təhlükəli Adam" (1965) kimi filmlər də var.


Üç dəfə evlənən Şenizin ilk evliliyi 16 yaşında olmuşdur. İntihar məktubunda, "Nəhayət bu iyrənc dünyadan çıxmağı bacardım. Ölmək bu qədər çətindi, ölməyə çalışın deyirlərsə, onları ələ salardım. 15 yaşında bunun insanlar üçün nə olduğunu başa düşdüm.Mən fahişə olmaq üçün hazırlanmamışam, həssasam və hisslərim var. Mən müsəlman adət-ənənələrinə görə dəfn olunmaq istəmirəm. Məni ağ parçaya bağlayıb hər tərəfimi bağlayarsınız''- deyə yazıb.


Bosfor körpüsündən tullanan 1970-ci il təvəllüdlü Yavuz Çətin bu dünyadan köçəndə 31 yaşında idi. 2001-ci ildə Boğaziçi Körpüsündən atlayaraq həyatına son verdi.


25 yaşında intihar edən türk aktyor Arda Turan 1979-cu ildə anadan olmuşdur. 24 yaşında Türkiyə Dövlət Teatrı heyətinə daxil olan Arda Turan Pera Palas Oteldə filmin çəkilişləri zamanı lift şaxtasında ölü tapılıb. Ailəsi "bunun bir qəza olduğunu" elan etsə də, rəsmi qeydlərdə ölümü intihar kimi qeyd edildi.

Когда сказка была былью. Руслана Коршунова | Блогер SvetlanaZhuravleva на  сайте SPLETNIK.RU 28 октября 2020 | СПЛЕТНИК

Qazax əsilli model Ruslana Korshunova ABŞ-da birja və iqtisadiyyatın ürəyinin döyündüyü Manhetında olan mənzilinin 9-cu mərtəbəsindən atlayaraq həyatına son verdi.

Трагическая смерть Русланы Коршуновой: жизнь, карьера и кончина юной  топ-модели

Korshunova, Vogue da daxil olmaqla bir çox məşhur jurnalın üz qabığında pozlar verib. Ruslana Korshunova öldükdə cəmi 20 yaşında idi.

Руслана Коршунова: таинственная смерть русской модели | Lifestyle | Селдон  Новости

Louise Margaux Hemingway məşhur yazıçı Ernest Hemingwayin nəvəsidir. Model və aktrisa karyerasını quran Loise babası kimi intihar edərək həyatına son verib.


1970-ci illərdə ''Margaux'', ''Faberge'' kosmetika şirkəti ilə 2 milyon dollarlıq bir müqavilə bağlayıb.Daha sonra ''Vogue'', ''Elle'', ''Cosmopolitan'', ''Harper's Bazaar'' kimi nəşrlərdə fotomodel olaraq da çalışıb.1.83 metr hündürlüyü və hamar bədən quruluşu ilə diqqət çəkən və axtarılan bir üzə çevrilən sənətçi, onun kimi aktyor olan qardaşı Mariel Hemingway'n yolunu tutdu və kamera qarşısına keçdi. 1984-cü ildə baş verən xizək qəzasından sonra depressiyaya düşdü.

Beauty will save the world

Ömrü boyu uğursuz nikahlar, alkoqol bağımlılığı və disleksiya kimi problemlərlə məşğul olan Margaux, babasının ölüm ildönümündən bir gün əvvəl evində yüksək dozada yuxu dərmanı qəbul edərək öz həyatına son verdi.

Hazırladı: Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR