x
Loading...
.

Millimiz Serbiyaya da məğlub oldu

.

Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti oyununa çıxıb.

Metbuat.az xəbər verir ki, yığmamız DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiya ilə üz-üzə gəlib.

Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmanın start fiti 20:00-da səsləndirilib. İlk turda Portuqaliya ilə səfərdə qarşılaşan və 0:1 hesabıyla məğlub olan yığmamız bu dəfə ilk ev oyununda ilk xalını qazanmağa çalışıb.

Qarşılaşmada hesabı qonaqlar açıb və ilk hissə 0:1 hesabı ilə başa çatıb. 59-cu dəqiqədə Emin Mahmudov penaltidən fərqlənməklə hesabı bərabərləşdirsə də, yığmamız hesabı sonadək qoruya bilməyib. Serbiya yığması 81-ci dəqiqədə Mitroviçin qolu sayəsində Bakıdan qələbə ilə ayrılıb - 1:2.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR