x
Loading...

Tarixi ADDIM ATILDI: Azərbaycan İranı blokadadan çıxarır

İran İslam Respublikası (İİR) ilə ÇXR arasında, yəni zəngin neft sahibi ilə regionun təsirli nüfuz sahibi arasında əməkdaşlıq haqqında 25 illik caziş imzalandı. Bu saziş, regionda Azərbaycanın da maraqlarını kəsb edən "Bir zolaq, bir yol" təşəbbüsünü gerçəkləşdirəcək.

Bu barədə fikirlərini Metbuat.az-a danışan politoloq Züriyyə Qarayeva bildirdi ki, ABŞ, İsrail və Avropanın sərt sanksiyalarına məruz qalan İran üçün bu saziş həyati əhəmiyyət kəsb edəcək.

Çin, Qazaxıstan, Xəzər dəniz yolu ilə İAzərbaycan,Türkiyə və Avropa trayektoriyası, arzulanan tarixi ipək yolunun gerçəkləşməsi olacaq. İran isə, reallaşmasının qızğın müzakirəsi gedən Zəngəzur dəhlizindən də yararlanmaq imkanı əldə edəcək.

Bir Züriyə Garayeva şəkili ola bilər

"41 il öncə hakimiyyətə gəldiyi gündən bu günə islam rejiminin iqtisadi, ticarət və hərbi əlaqələrinin gerçəkləşməsi baxımından iki ölkə arasında imzalan bu saziş kulminasiya nöqtəsi oldu. Bu sazişin imzalanması ilə Çinin İran iqtisadiyyatına, sənayesinə, neft kimyasına böyük investisiyalar yatıracağı nəzərdə tutulub. Bu, ABŞ və onun müttəfiqlərinə böyük zərbə olacaqdır. Çünki, on illərdir Əfqanıstan "bataqlığı"ndan üzüağ çıxmağa çalışan Pentaqon Taliban terror qruplaşmasına və Yəməndə husi yaraqlılarına İran dəstəyini çox yaxşı bilir''.

ABŞ Iran qarşısında geri çəkilir? - Rəsmi bəyanat • Aznews TV

Politoloq deyir ki, beynəlxalq arenada rezonans doğuracaq bu saziş öncəsi Çin diplomatiyası gərgin trafik yaşadı. Saziş öncəsi, Çin Xalq respublikası xarici siyasət idarəsinin başçısı Vanq Yi Yaxın Şərq ölkələri İran, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Omana bir həftəlik geniş turnesi formatında Türkiyəyə də səfər etdi. Bu cür "paket ziyarətlərin" Çin diplomatiyasında dəb halına gəldiyi vurğulayan Züriyyə Qarayeva Pekinin çoxtərəfli diplomatiya sənətinin mahiyyətini belə izah etdi.

"2020-ci ilin avqust ayının sonunda nazir, pandemiya başlayandan bəri ilk dəfə olaraq İtaliya, Hollandiya, Norveç, FransaAlmaniya da daxil olmaqla beş Avropa ölkəsinə xarici səfər etdi.

Bu ilin yanvar ayının əvvəlində bir sıra Afrika ölkələrini gəzdi. İndi də Pekinin çoxtərəfli diplomatiya sənətini, xüsusən də Çinin "qarşılıqlı asılılığın kollektiv idarəçiliyi üçün imkanlar yaradacağını" düşündüyü çoxtərəfli danışıqlar sənətini nümayiş etdirməsi Orta Şərq ikitərəfli xarici siyasəti ilə məhdudlaşmır. Çinin Yaxın Şərqlə bağlı böyük bir təşəbbüs irəli sürməsi heç də təsadüfi deyil.


Əslində qüdrətli şərqi Asiya ölkəsinin Türkiyə sevdası qeyri-adi deyil. Çin-Türkiyə münasibətləri hazırda yüksəlməkdədir. İki ölkəni son 10 ildə imzalanan bir neçə iri miqyaslı iqtisadiyyat, ticarət sahəsindəki əlaqələrin intensivləşdirilməsinə, üçüncü ölkələrdə infrastruktur layihələrinin birgə həyata keçirilməsinə yönəlmiş sazişlər bağlayır. Düşünürəm ki, bu sazişlər arasında yalnız Ankara ilə Pekin arasında əlaqələri intensivləşdirmək üçün deyil, həmçinin Güney Qafqaz və Orta Asiya respublikaları üçün də geniş ticarət həcmi, iqtisadi yüksəliş vəd edən Yeni İpək yolu sazişi də xüsusi önəm daşıyır".

Turkey, China seek to expand economic ties despite political differences |  News | DW | 02.07.2019

Siyasi şərhçi düşünür ki, Türkiyənin və yenicə böyük saziş imzalamış İranın danışmaq üçün çox məsələləri var. Xüsusən də müxtəlif səbəblərdən çətin iqtisadi vəziyyətə düşən Türkiyə texnologiya, enerji və turizm kimi cəlbedici sahələrdə yüksək sərişdəsi olan Çin şirkətlərinin birbaşa investisiyalarında maraqlıdır. Eyni fikirləri sanksiyalar məngənəsində boğulan İran üçün də söyləmək olar.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR