x
Loading...

Avropada böhran dərinləşir - Liderlər Putindən kömək istəyir

.

Avropa liderləri Rusiya mənşəli koronavirus peyvəndini əldə etmək üçün prezident Vladimir Putinlə müzakirələr aparır.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu məqsədlə Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron Valdimir Putinlə telefon əlaqəsi yaradıb. Detallar barədə məlumat verilmir.

Bildirilir ki, Böyük Britaniya istehsalı AstraZeneca peyvəndinin istənilən nəticəni verməməsi Avropa ölkələrinin Rusiyaya üz tutmasına səbəb olub. İddialara görə, AstraZeneca peyvəndindən ölüm hallarının qeydə alınması böyük qalmaqal yaradıb. Bir neçə ölkə AstraZeneca peyvəndindən istifadəni qadağan edib.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR