Bakının ən bahalı prospektində OĞURLUQ

Bakının ən bahalı prospektində OĞURLUQ
15:34 18 Yanvar 2015
124 Ölkə
Ölkə mətbuatı
A- A+

Neftçilər prospektində əcnəbi ölkə vətəndaşının telefonu oğurlanıb. Lent.az-ın məlumatına görə, Gürcüstan Respublikasının vətəndaşı, 1986-cı il təvəllüdlü İbrahimov Mürsəl İsmayıl oğlu polisə müraciət edərək bildirib ki, naməlum şəxs onun avtomobilinə soxulub. Şikayətçi qeyd edib ki, özünə məxsus “Mercedes” markalı minik avtomobilini Neftçilər prospekti 68 ünvanının qarşısında saxlayıb. O, avtomobildə olmadığı vaxt naməlum şəxs şitin üstündə dəyəri 500-600 manat olan mobil telefonu götürərək uzaqlaşıb.  

 

Müraciət əsasında araşdırma aparılır.

 
Qeyd edək ki, Neftçilər prospekti Bakının ən bahalı prospekti hesab edilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR