SON DƏQİQƏ: Erməni general öldü

1992-ci ildə Şuşanın işğalında fəal iştirak edən erməni general, Ermənistanın Müdafiə Nazirliyinin keçmiş köməkçisi Arkadi Ter-Tadevosyan ölüb.

Metbuat.az xəbər verir ki, bu barədə siyasi şərhçi Hrant Melik-Şahnazaryan feysbuk hesabında yazıb. Məlumata görə, 82 yaşlı general xəstəxanada ölüb. Onun hansı səbəbdən həyatını itirdiyi məlum deyil.

Qeyd edək ki, Ter-Tadevosyan Şuşa əməliyyatlarının "komandanı" kimi tanınır.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR