Bu peyvəndin dəhşətli təsirləri ortaya çıxdı -

ABŞ mənşəli Johnson & Johnson şirkəti tərəfindən istehsal edilən koronavirusa qarşı hazırlanan tək dozalı peyvənddə yan təsirlər müşahidə edilib.

Metbuat.az xəbər verir ki, ABŞ-ın Vircinia əyalətində yaşayan 74 yaşlı Richard Terrell-ə Johnson & Johsnon adlı şirkətin koronavirus peyvəndi tətbiq edildikdən 4 gün sonra, bədəninin böyük bir hissəsində ağrılı səpkilər yaranmağa başlayıb.

Doctors confirmed the rash was caused by the Johnson & Johnson vaccine

Hadisə ilə əlaqədar yerli mətbuata danışan Terrell bildirib ki, peyvənddən bir neçə gün sonra o, qoltuğunda narahatlıq hiss etməyə başlayıb.

Man, 74, gets 'rare' severe rash all over body and says his 'skin peeled off' after Johnson & Johnson vaccine

''Şiddətli bir qaşınma başladı. Sonra bütün bədənimə yayıldı. Çox ciddi bir dəri xəstəliyi yaşamağa başladım''.

Bu peyvəndin yan təsirləri səbəbindən xəstəxanada müalicə alan Terrell 5 gündən sonra sağlamlığına qovuşsa da, onun peyvəndlə bağlı son açıqlaması gözlənilməz olub.


Terell deyib ki, vəziyyətinin bu qədər ciddi olmasına baxmayaraq peyvənd olunduğu üçün peşman deyil. O hər kəsi peyvənd olunmağa dəvət etsə də, yayılan bu xəbərlər səbəbindən yerli əhali arasında ciddi çaşqınlıq və qorxu yaranıb.

Mənbə:Haberglobal


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR