x
Loading...

Badamdarda kanalizasiya sistemi qurulur

.

"Badamdarda üçüncü massivdən yuxarıdakı yaşayış ərazisində 3000-dən çox ev var. Həmin evlərin kanalizasiya sistemi tam formalaşmayıb".

Metbuat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərinşaat" layihə institutunun geoloji axtarış şöbəsinin rəisi Samir Vəliyev deyib.

Onun sözlərinə görə, burada əhali irihəcimli şambolardan istifadə edir:

"Ərazi geoloji cəhətdən çatlı əhəng daşlarıdır. Şambolarda olan sular yeraltı suların qidalanmasına səbəb olur. Yeraltı suların əmələ gəlməsi yamacda basqıların formalaşmasına və sürüşməsinə səbəb olur. Hazırda ərazidə quraşdırılan drenaj quyuları nasosla işləmir və öz axımı ilə həyata keçirilir. Drenaj quyularındakı sular aşağı hissədə drenaj sisteminə axıdılır".

S.Vəliyev qeyd edib ki, hazırda "Azərsu" ASC tərəfindən ərazidə kanalizasiya sistemi qurulur:

"FHN iştirakı ilə çalışılır ki, kanalizasiya sistemi buradakı bütün ərazini əhatə etsin və sürüşmənin qarşısı qismən də olsa alınsın".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR