x
Loading...

12 dövlət bu Asiya ölkəsindəki səfirliyini BAĞLADI

.

On iki ölkə və beynəlxalq humanitar təşkilatlar Şimali Koreyadakı nümayəndəliklərini bağlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın Şimali Koreyadakı səfirliyi "Facebook" səhifəsində məlumat yayıb.

Qeyd olunur ki, buna səbəb ölkədəki kəskin ərzaq və dərman çatışmazlığıdır.

Böyük Britaniya, Venesuela, Braziliya, Almaniya, İtaliya, Nigeriya, Pakistan, Polşa, Çexiya, İsveç, İsveçrə, Fransa səfirliklərinin və beynəlxalq humanitar təşkilatların əməkdaşları ölkəni tərk edib.

Hazırda Şimali Koreyada 9 ölkənin səfiri və 4 ölkənin müvəqqəti işlər vəkili fəaliyyət göstərir ki, onlar da əməkdaşlarının sayını azaldıblar. (Azvision)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR