x
Loading...
.

Türkdilli dövlətlərdən BÖYÜK DƏSTƏK - Qarabağ ilə bağlı qərar AÇIQLANDI

Xəbər verdiyimiz kimi, martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) növbəti zirvə görüşü keçirildi. Azərbaycan hazırda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) və Qoşulmama Hərəkatına sədrlik edir.

Metbuat.az bu barədə türkiyəli general Yücel Karauz ilə müsahibə aparıb. General Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının tarixinə nəzər salaraq dedi ki, türkdilli ölkələr arasında siyasi və iqtisadi münasibətlər 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra başlamışdır.

İrəvan xəritəni verməsə, Qarabağdakı bu proses uzanacaq -

"Türk Şurası 1992-ci ildən etibarən keçirilən türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşlərindən qaynaqlanan ümumi siyasi iradənin nəticəsi olaraq yaranmışdır. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən daha da möhkəmlənmişdir.

TDƏŞ-in öz vəzifələrini yerinə yetirə bilməsi və qarşıya qoyulan məqsədlərə nail ola bilməsi üçün Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, Yüksək Vəzifəli Şəxslər Komitəsi, Ağsaqqallar Şurası, Koordinasiya Komitəsindən ibarətdir. TDƏŞ-in mənzil-qərargahı Türkiyənin İstanbul şəhərində yerləşir.

Türk Konseyi yeni bir sıçrama dönemine hazırlanıyor

TDƏŞ-in üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandır. Şura eyni dildə danışan və oxşar mədəni mühitdə yaşayan xalqların birliyinin gücləndirilməsi, siyasi və ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün yeni regional ümumtürk birliyinin yaranması məqsədi daşıyır''.

General bildirdi ki, 2010-cu ildə İstanbulda keçirilən 10-cu Zirvə Görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyi fəaliyyətə başlamışdır. Türk Şurası təsis edildikdən sonra zirvə görüşləri “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşləri” olaraq adlandırılır.

Qazaxıstan TDƏŞ-in enerji nazirlərinin növbəti görüşünə ev sahibliyi etmək  niyyətindədir

"Təşkilat yarandıqdan sonra Almatı, Bişkek, Qəbələ, Bodrum və Astana olmaqla beş zirvə görüşü keçirilmişdir. Bundan sonra müxtəlif zirvə görüşləri keçirilərək əməkdaşlıq daha da möhkəmləndirilmişdir. Türk Şurasının üçüncü Zirvə Görüşü 15-16 avqust 2013-cü il tarixlərində Qəbələ şəhərində keçirilmişdir. Zirvə görüşünün mövzusu “Nəqliyyat və bağlantı” olmuşdur.

TDƏŞ-in əlaqəli orqan və təşkilatları sırasında qərargahı Ankarada yerləşən TÜRKSOY (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı), TÜRKPA: (Türkdilli Ölkələrin Parlament Assambleyası),Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası və 2019-cu ildə təsis edilən Türk Ticarət və Sənaye Palatası daxildir.

Türk Şurası beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verir. Şura artıq İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, BMT, Ümumdünya Turizm Təşkilatı ilə əlaqələr qurmuşdur.

2006-cı ildə Qazaxıstan, Qırğızıstan, Azərbaycan və Türkiyədə keçirilən səkkizinci zirvə dövlət başçıları səviyyəsində təmsil olunduğu halda, Türkmənistanın səfiri zirvə toplantısına qatılır, Özbəkistan isə zirvəyə qatılmadı. Qazaxıstan, Qırğızıstan, Azərbaycan və Türkiyə digər türkdilli ölkələrin zirvəyə qatılmayacağı təqdirdə dördlü olaraq davam edəcəyini ifadə etdilər. Buna görə dörd ölkə TÜRKPA adı altında yeni bir birlik yarandı''.

TDƏŞ ölkələrinin energetika nazirləri gələn həftə ilk dəfə görüşəcək |  DƏNİZ XƏBƏR

Yücel Karauz bildirdi ki, martın 31-də TDƏŞ-in növbəti Zirvə görüşündə Azərbaycan üçün həssas bir günə, Azərbaycanlıların Soyqırımı Gününə təsadüf etməsi xüsusi əhəmiyyət daşıyır. Çünki bütün dünya ölkələri, o cümlədən bizi sevməyən ölkələr də gördülər ki, türk dünyası vahiddir və çətin məqamlarda bir yerdədir.

''Görüşdə iştirak edən ölkələrin rəhbərlərinin hamısının çıxışlarında Azərbaycanı 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə münasibətilə təbrik etməsi, Azərbaycanın ərazi bütövlüyünü öz hərbi gücü ilə təmin etməsinin türk dünyası üçün qürurverici olduğu anlamına gəlir.

Qeyd edim ki, alınan qərarlardan biri də Qazaxıstan dövlətinin başçısının Türküstan şəhərinin türk dünyasının mənəvi paytaxtlarından biri kimi seçilməsi olub. Bundan sonra digər türkdilli ölkələrin də mənəvi paytaxt olaraq seçilməsi qərarı dəstəkləndi.

Bundan başqa Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə Türk Şurasının adının dəyişdirilməsi və bu qərardan irəli gələn məsələlərin həlli üçün sənədlərin hazırlanması əmrini verdi.

Zirvə görüşündə "Türk Dünyası Vizyonu-2040" və "Türk Şurası 2020'den 2025'e qədər strateji hədəflər’’-layihələrinin sənədlərinin hazırlanması üçün tapşırıqlar verildi.

Görüşdə üzv dövlətlər işğaldan azad olunmuş Azərbaycan ərazilərinin yenidənqurma və bərpa işlərində həmrəy olduqlarını bildirərək Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində dəstələdiklərini və bütün məsələlərin beynəlxalq normalarına uyğun həll olunmalı olduğunu bildirdilər. Müharibədən təsirlənən bölgələrin yenidən qurulması, və inteqrasiyası üçün Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduqlarını bildirib hər baxımdan dəstəyə hazır olduqlarını bəyan etdilər''.

Türk Konseyi 8 Yaşında - Avrasya'dan - Haber - TRT Avaz

Alınan qərarlardan biri də, türk dünyasının ədibi, bədii, sosial-iqtisadi, elmi və mədəni həyatında böyük töhfə verən məşhur şair və dövlət xadimi Əlişir Nəvainin bu il anadan olmasının 580-cı ildönümünü ilə əlaqədar Türk Şurası Beynəlxalq Əlişir Nəvai mükafatını təsis edilməsi oldu.

"Qeyd edim ki, Zirvə görünüşündə türk ədəbiyyat, sənət, elm və mədəniyyət dünyasının inkişafına əhəmiyyətli töhfələr verən görkəmli şair, filosof və dövlət xadimi Yusuf Has Hacip, Nizami Gəncəvi, Yunus Əmrə, Əlişir Nəvai, Cambıl Cabayev, Əlixan,Bökeyhan və Hüseyin Qarasayevin anadan olmasının il dönümlərini Türk Əməkdaşlıq Təşkilatları ilə qeyd edilməsi qərara alındı.

Ümumi olaraq 1992-ci ildə təməli qoyulan 2009-cu ildə Naxçıvan razılaşması ilə yenilənən Türk Şurası, 2021-ci ildə keçirilən Zirvə görüşü ilə gələcək 25-50 il ərzində çox mühüm bir birliyin əsasını formalaşdırmışdır.

Öz dövlətlərinin bayraqlarının yanında toplantıya qatılan TDƏŞ prezidentləri Türk Dünyasının ortaq bayrağını da ilk dəfə nümayiş etdirdilər.

Zirvə görüşünün sonunda qərara alındı ki, TDƏŞ ölkələri energetika nazirləri neft və qaz, elektrik enerjisi, bərpa olunan enerji mənbələri (RES), habelə neft məhsulları, eləcə də təşkilata üzv ölkələrdə istehsal olunan məhsulların nəqliyyat marşrutlarının inkişafı sahəsində qarşılıqlı əlaqələri gücləndirmək niyyətindədirlər''.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR