İki minik maşını bir-birinə çırpıldı, sıxlıq yarandı -

Göyçay şəhərində iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün saat 16:30 radələrində rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkət etməkdə olan 90 HX 213 dövlət nömrə nişanlı “VAZ 2107" markalı avtomobili qarşıdan gələn 06 BG 598 dövlət nömrə nişanlı eyni markalı minik maşını "VAZ 2107" ilə toqquşub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Zərbənin təsirindən avtomobillərə isə ciddi ziyan dəyib.

Hadisə yolun hərəkət nöqtəsində olduğundan digər hərəkətdə olan avtomobillərin hərəkət etmələrində sıxlıq və çətinliklər də yaranıb. Hazırda polis hadisə yerindədir.

Faktla bağlı araşdırma aparılır.

Davud Tarverdiyev
Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR