Cüdoçumuz bürünc medal qazandı -

Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə bürünc medal görüşünə çıxıb.

Metbuat.az xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı 3-cü yer uğrunda qarşılaşmada fransalı Kilian Le Blouçla üz-üzə gəlib.

Rəqibini ipponla məğlub edən Şıxəlizadə bürünc medala sahib çıxıb.

Azərbaycanın bu çəkidəki digər təmsilçisi Orxan Səfərov isə Rusiya cüdoçusu Murad Çapanova uduzaraq, "bürünc" şansını əldən verib. (Report)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR