İordaniya İsrailə etiraz notası verdi

İordaniya hökuməti Əl-Əqsa məscidi ilə bağlı təzyiqlərin artmasına görə İsrailə etiraz notası verib.

Metbuat.az xəbər verir ki, açıqlamaya görə, Qüdsün şərqində yerləşən İsrail qüvvələri üzərinə düşən öhdəlikləri açıq şəkildə pozur. Bildirilib ki, İsrailin Əl-Əqsa məscidi ilə bağlı addımları qəbuledilməzdir. İordaniya hökumətinin açıqlamasına görə, dini məkana buraxılış prosesinin tənzimlənməsi yalnız Qüds İslam Vəqfi idarəsinin səlahiyyətlərinə daxildir.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR