ABŞ-dan gözlənilməz həmlə: Regionda balans dəyişir

ABŞ prezidenti Co Bayden Fars körfəzindəki Patriot hava hücumundan müdafiə sistemləri də daxil olmaqla bır sıra hərbi texnikaların geri çəkilməsi barədə Müdafiə Nazirliyinə təlimat verib.

Metbuat.az xəbər verir ki, bu barədə “Wall Street Journal” nəşri məlumat yayıb. Məlumata görə, ABŞ bu həmlə ilə Səudiyyə Ərəbistanının öz torpaqlarını müdafiə etmək üçün daha çox səfərbər olmasını istəyir. 1 təyyarədaşıyan gəminin də Yaxın Şərq bölgəsindən uzaqlaşdığı bildirilir.

İddialara görə, Vaşinqton geri çəkdiyi hərbi qüvvələrin bir qismini təhdid hesab etdiyi Rusiya və Çina qarşı səfərbər edə bilər.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR