Ekspertdən qəribə təklif: "Təhsil tam dondurulsun, işçilərin

"Tele Dərs, Virtual Məktəb tamamilə lazımsızdır və öyrədici funksiyası yoxdur. Şagirdlərin alətləri, interneti yoxdur''

Metbuat.az xəbər verir ki, bu fikirləri Təhsil eksperti Kamran Əsədov deyib. O düşünür ki, onlayn-distant dərs birmənalı olaraq keyfiyyətsizdir. Çünki şagirdlərin alətləri, interneti yoxdur.

''Gəlin özümüzü aldatmayaq. İctimai nəqliyyatda hamı bir-birinin ağzına girib. Məktəbdə iltizam yazan şagirdlər ya hazırlıq kurslarındadır, ya repititor yanında, ya da küçədə oynayır. Dükan, iaşə obyektləri, market və restoranlarda yer yoxdur, hamı yapışıb bir-birinə. Yoluxma faktı var. Amma vaksinasiya gedir. 500 min insan vaksinasiya olunub. Təhsildə çalışanların 50 faizi vaksinasiya olunub. Bəs nəticə?

Onlayn-distant tədrisdə uşaqlar kor olur, beli əyri olur, inkişafdan geri qalır, psixoloji sarsılır. Çıxış yolu? Pandemiya bitənə qədər ümumiyyətlə təhsil sistemini donduraq. Nazirdən tutmuş adi işçiyə qədər hər kəsin əmək haqqı dayandırılsın. Çünki təhsil öz öhdəliklərini yerinə yetirmir. O zaman, dövlət büdcəsindən maliyyələşməsi də dayandırılsın''.

Məlumat üçün bildirək ki, ötən gün Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeronda 5 apreldən əyani tədrisin dayandırılacağı rəsmən açıqlanıb.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR