x
Loading...

ABŞ Türkiyəni S-400 sistemlərindən imtina etməyə çağırdı

.

ABŞ tərəfi Müdafiə naziri Lloyd Ostinlə türkiyəli həmkarı Hulusi Akar arasında ötən gün baş tutan telefon danışığının detallarını açıqlayıb.

Metbuat.az xəbər verir ki, telefon danışığı zamanı amerikalı nazir Türkiyəni S-400 sistemlərindən imtina etməyə çağırıb. Tərəflər Aralıq dənizinin şərqindəki vəziyyəti müzakirə ediblər. Ostin Yunanıstan və Türkiyə arasında danışıqların bərpa olunmasından məmnunluq ifadə edib.

Hulusi Akar isə Türkiyə və ABŞ arasındakı strateji əlaqələrin əhəmiyyətini qeyd edərək, problemlərin müttəfiqlik əlaqələri çərçivəsində həll olunmasının vacibliyini vurğulayıb.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR