Komandası 1-ci pillədə

Rumıniya üçüncü divizion təmsilçisi "Zaleu" baş məşqçisi Marius Paskunu komanda 1-ci pillədə olduğu üçün istefaya göndərib.

Metbuat.az xəbər verir ki, bu barədə jurnalist Emanuel Roşu özünün "Tvitter" hesabında yazıb. Bildirilib ki, rəhbərlik komandanın Rumıniyanın üçüncü divizionunda lider olmasından narazı olduğu üçün klub baş məşqçini qovub.

"Mənə dedilər ki, nə edirsən, yüksəlmək istəyirsən?" - deyə Paskunun açıqlamasından sitat gətirilib.

Qeyd edək ki, "Zaleu" 13 turdan sonra 27 xalla 1-ci pillədə qərarlaşıb. Komanda ən yaxın izləyicisini 1 xal qabaqlayır. / Qol.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR