11 yaşlı qız 4 nəfər oğlan tərəfindən zorlanıb? -

Daxili İşlər Nazirliyi bələdiyyə üzvü Vəfa Nağının Neftçala rayonunda iki azyaşlı qızın təcavüzə məruz qalması haqda paylaşdığı məlumatla bağlı araşdırmalara başlayıb.

Metbuat.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Zeyni Hüseynov bildirib ki, rayonun Günəşli kənd sakini N.M. Polis Şöbəsinə və DİN-in 102-Zəng Mərkəzinə qonşuluqda yaşayan oğlanın onun 11 yaşlı qızını döyməsi və ona qarşı əxlaqsız hərəkətlər etməsi barədə şikayət edib: "Dərhal oğlan saxlanılaraq Polis Şöbəsinə gətirilib, izahatı alınıb. Lakin o, qıza qarşı heç bir zorakılıq hərəkətləri etmədiyini, yalnız döydüyünü bildirib. Buna baxmayaraq vətəndaşın müraciəti Rayon Polis Şöbəsində araşdırılaraq toplanmış materiallar rayon prokurorluğuna göndərilib.

V.Nağının iddia etdiyi ikinci halla bağlı isə bu günə qədər Rayon polis Şöbəsinə heç bir şikayət daxil olmayıb. Amma bununla belə o iddia da hazırda araşdırılır”.

Qeyd edək ki, bələdiyyə üzvü Vəfa Nağı sosial şəbəkə hesabında Neftçala rayonunda Mirqurbanlı kəndində 9-cu sinif şagirdinin üç-dörd oğlan tərəfindən zorlanaraq kənddə yolun kənarına atıldığını yazıb. O qeyd edib ki, həmin qız bağlı qapı arxasında saxlanılır və bayıra buraxılmır.

Bundan başqa eyni kənddə 12-13 yaşlı uşağın 32 yaşında kişi tərəfindən təcavüzə məruz qaldığı iddia edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR